BDU-da 2 gün davam edən Respublika virtual Elmi konfrans öz işini yekunlaşdırıb - - FOTO

BDU-da 2 gün davam edən Respublika virtual Elmi konfrans öz işini yekunlaşdırıb - FOTO

Mayın 19-da Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kimya: Nəzəri və Tətbiqi Tədqiqatlar” mövzusunda tələbələrin I Respublika virtual Elmi konfransı ikinci günü ilə öz işini davam etdirib.

2 bölmədə iclasları davam etdirən konfransda “Biopolimer əsasında kompozit materialların alınması və tədqiqi”, “Toriumun xelatəmələgətirici sorbentlə qatılaşdırılaraq təyini”, “Funksional əvəz olunmuş kraun efirlər əsasında oliqomerlərin sintezi və tətbiq sahələrinin öyrənilməsi”, “Butadien-nitril kauçukunun seolitlə kompozisiyasının xlorofosforlaşdırılması”, “Biomimetik katalizator iştirakında metanın natamam monooksidləşməsi”, “Maye kristallar əsasında nanokompozitlərin alınması və fizikikimyəvi xassələrinin tədqiqi” adlı məruzələr iştirakçıların marağına səbəb olub.

2 gün davam edən konfrasda 50-yə yaxın məruzə dinlənilib. Konfransın bağlanması zamanı bölmə sədri, professor İbrahim Məmmədov konfransın işini yüksək qiymətləndirərək tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürüb.

Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov, konfransın moderatoru, Kimya fakültəsinin elmi işlər üzrə dekan müavini və fakültənin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Elvin Məlikov iştirakçılara statistik məlumatları təqdim edərək tələbələri gələcəkdə də bu tip konfranslarda aktiv iştiraka səsləyiblər.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tələbələrin I Respublika Elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !