BDU-da COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə mövzusunda onlayn ustad dərsi keçirilib - - FOTO

BDU-da “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçirilib - FOTO

Mayın 20-də Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsini verib.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, pandemiya ilə mübarizədə atılan effektiv və məqsədyönlü addımlar barədə ətraflı məlumat verib. Rektor ölkəmizin mövcud istiqamətdə nümunəvi fəaliyyətlə fərqləndiyini vurğulayıb.
“COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda ustad dərsi verən professor İsmayıl Zülfüqarov koronaviruslar  və onların təkamül dinamikası, COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları, pandemiyalar və bioetik problemlər, mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri, yeni koronavirusların yaranması barəsində təqdimatla çıxış edib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərsi 100-ə yaxın iştirakçı dinləyib.

Qarşılıqlı diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !