​Astara rayonunun 3 yaşayış məntəqəsi - Diqo, Dolu və Sekaşankəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub -

​Astara rayonunun 3 yaşayış məntəqəsi - Diqo, Dolu və Sekaşankəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub

​Astara rayonunun 3 yaşayış məntəqəsi - Diqo, Dolu və Sekaşankəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib ki, adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.

“Cənab Prezident İlham Əliyev Astararayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalayıb. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb.

Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müassir elektrik enerji sistemi qurulub”. Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalın böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !