Gülağa Tənha - Məktəb illəri II hissə

Gülağa Tənha Məktəb illəri II hissə

30 il sonra Azərbaycana gələn xeyriyyəçi - şair Gülağa Tənha sinif yoldaşlarını bir araya toplayaraq görüş keçirdir. Tədbirdə şairin sözlərinə yazılmış mahnılar, şeirlər səslənir. Hər bir sinif yoldaşı yaddaşında qalan xatirələri bölüşür. Azpress.az - saytı silsilə olaraq həmin anları sizə təqdim edir. II hissə - oxuyur Azərbaycan Respublikasının Əməkdar artisti Elxan Şirinov

 


OXUMA

Oxuma, oxuma bu nəğməni sən,
Ürəyim köksümə sığışmır inan.
O sənli günlərim düşür yadıma,
Yerini vüsalla dəyişir hicran.
Dünya sevənlərin halına yanmır,
Dünya sevənlərin ahından yanır!
Gündüzün ömrünü həsrət qısaldır,
Gecələr,
gecələr yaman uzanır.
Röyada bir ömür yaşayırıq biz,
Sən də bəxtəvərsən, mən də bəxtəvər.
Mən belə xoşbəxtəm, sən elə xoşbəxt,
Xoşbəxtəm yuxumda ölərsəm əgər.


GÜLAĞA TƏNHA. Moskva, aprel, 2000

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !