PUA heyətləri idarəetmə məntəqələrinin kəşfiyyat məlumatları ilə təmin edilməsi tapşırıqlarını icra edirlər - (-VIDEO+FOTO=3)

PUA heyətləri idarəetmə məntəqələrinin kəşfiyyat məlumatları ilə təmin edilməsi tapşırıqlarını icra edirlər (-VIDEO+FOTO=3)

Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə edilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları icra edirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.
Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !