BDU-nun Psixoloji Yardım Sektoru fərdi konsultasiyalara başlayıb -

BDU-nun Psixoloji Yardım Sektoru fərdi konsultasiyalara başlayıb

Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq Bakı Dövlət Universitetində (BDU) hələ 2019-cu ilin dekabrında yaradılan Psixoloji Yardım Sektoru COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunan karantin rejimi dövründə evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi instagram səhifəsi vasitəsilə onlara psixoloji dəstək göstərir.

Məsafədən dəstək göstərdiyi müddət ərzində Psixoloji Yardım Sektoruna BDU-nun 150-yə qədər əməkdaş və tələbəsi müraciət edib. Ən çox müraciət insanların koronavirus infeksiyasına yoluxma qorxusu, fobia, həyəcan pozuntuları, özünəqapanma, qidalanma pozuntuları, virusun təkrarlanma ehtimalından yaranan diskomfort, depressiya, sağlamlıqla bağlı narahatlıq və emosional gərginliklərlə bağlı olub.

Psixoloji Yardım Sektoru bu gündən Universitetin əməkdaş və tələbələri üçün psixoloji müayinə və fərdi konsultasiyalara start verir. Konsultasiyalarda əsas məqsəd ehtiyacı olan əməkdaş və tələbələrin psixoloji problemləri ilə tək qoymamaq, onlara mənəvi dəstək olmaq, ruh yüksəkliyini təmin etməyə kömək etməkdir.

Ətraflı məlumat və qeydiyyat üçün: (+994 77) 304 24 48

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !