Kamil Zeynallı azadlığa çıxdı -

Kamil Zeynallı azadlığa çıxdı

Karantin qaydalarını pozduğu üçün həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.
K.Zeynallı 10 sutka inzibati həbs cəzasını başa vurduğu üçün sərbəst buraxılıb.
O, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilib.
K.Zeynallı bu müddət ərzində Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılıb

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !