Gömrük Akademiyasının tələbələri üçün sınaq onlayn imtahan keçirilib -

Gömrük Akademiyasının tələbələri üçün sınaq onlayn imtahan keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə Akademiya tərəfindən sınaq onlayn imtahan təşkil edilib. Sınaq onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak edib.

Bununla yanaşı, Akademiya tərəfindən imtahanların onlayn keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında bir daha geniş məlumat verilib, prosesin detalları izah edilib və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, qəbul edilmiş yeni qaydalara əsasən, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçiriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !