Ağcabədili kümçü: Bəsləsən, atlas olar tut yarpağından - (+FOTO=9 AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədili kümçü: Bəsləsən, atlas olar tut yarpağından (+FOTO=9 AZpress.AZ - Mais Ibrahimov)

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, builki mövsümdə Ağcabədi rayonunda barama yetişdirmək üçün rayonun 41 inzibati ərazi dairəsi üzrə 650 kümçü ilə müqavilə bağlanılıb, onlara 1500 qutu, yəni 28.5 kiloqram ipəkqurdu paylanılıb.
Son illər rayonun digər yaşayış məntəqələri kimi, Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də kəndlərdə baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində mühüm işlər görüb. İcra nümayəndəsi Pərviz Vəliyev bildirib ki, bu il baramaçılıqla məşğul olan ailələrin sayı artaraq 11-ə çatıb. Onlara 760 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə inzibati dairə üzrə yaş barama istehsalının 1,5 tona çatacağı proqnozlaşdırılır.
Dövlətin bu sahəyə dəstəyindən ruhlanan Hacıbədəlli kənd sakini Bəxtiyar Məmmədov ikinci ildir ki, baramaçılıqla məşğul olur. Builki mövsüm kümçü 60 qram ipəkqurdu bəsləyir ki, ondan da 150 kiloqram dan da çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub. Hazırda ipəkqurdu dördüncü yuxudan ayılıb.
Baramaçılığın hesabına ötən il ailənin gəlirlərinin xeyli artdığını vurğulayan kənd sakini növbəti illərdə barama istehsalını daha da artırmağı düşünür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !