Kompyuter oyunu üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı - (+FOTO=5 AZpress.AZ - Əlihüseyn Şükürov)

Kompyuter oyunu üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı (+FOTO=5 AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallıda onlayn qaydada keçirilən kompyuter oyunu üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı

 

17 may 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Masallı Gənclər Paytaxı-2020” seçilməsi ilə əlaqədar olaraq gənclər arasında kompyuter oyunu ( counter-strike global offensive) üzrə keçirilən rayon birinciliyinin qaliblərinin 21 may 2020-ci il tarixdə mükafatlandırma mərasimi keçirilmişdir

Yarışın əsas məqsədi “Masallı Gənclər Paytaxı-2020” seçilməsi və mövcud pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili edilməsindən ibarət olmuşdur.

10 komandanın iştrakı ilə keçirilən oyunun qalibi adına gənclərdən ibarət “Street Gamers” komandası layiq görülmüşdür. Müvafiq olaraq ikinci yeri gənclərdən ibarət “Twitch Azerbaijan” komandası , üçüncü yüeri isə gənclərdən ibarət “Apone Peek” komandası layiq görülmüşdür .

Qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !