Ombudsmanın Cəlilabad Regional Mərkəzi videokonfrans keçirib - (+FOTO=8 AZpress.AZ – Ağaddin Babayev)

Ombudsmanın Cəlilabad Regional Mərkəzi videokonfrans keçirib (+FOTO=8 AZpress.AZ – Ağaddin Babayev)

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Sağlamlığın qorunması hüququ” mövzusunda 9 rayonun iştirakı ilə videokonfrans keçirib.

 

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı ilə 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Sağlamlığın qorunması hüququ” mövzusunda 9 rayonun iştirakı ilə regional videokonfrans keçirib.
AZpress.AZ xəbər verir ki, tədbirdə sağlamlığın qorunması hüququ mühüm hüquqlardan biri olaraq, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın, Azərbaycan Respublikası Konstitusiyasının bu hüquqla bağlı təsbit etdiyi müddəalar, eləcə də sağlamlığın qorunmasının hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsinə, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsinə, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər sistemini ehtiva etməsindən, milli və beynəlxalq təcrübə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycanda görülmüş mühüm preventiv tədbirlər və onların nəticələri barədə müzakirələr aparılıb.
Videokonfransda iştirak edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad rayon Gənclər və İdarəsinin rəisi Elçin Hüseynov, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov, ARB Cənub televiziyasının departament rəhbəri İsmayıl Cəfərli, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadıqov, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov, Turan skaut dəstəsinin lideri Elçin Abbasov, "Şəfəq- ekoturizm" İctimai Birliyinin sədri Vamiq Babayev, Türkiyə Cümhuriyyətində tibb sahəsi üzrə təhsil alan həkim İdrak Məmmədov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Regional Mədəniyyət İdrarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad Uşaq İncəsənət məktəbinin direktoru Fərhad Qurbanov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Bakı şəhəri Xətai rayon 54 saylı məktəbin müəllimi Samirə İsmayılova, Cəlilabad KOB dostu Aqil Qurbanov, əməkdar məşqçi Qadir Babayev, DQDK Lənkəran ərazi şöbəsinin əməkdaşları Emin Həmidli, Turan Həsənov və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Xalid Şəmili, Mirkamran Mənsimli, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Vüqar Cavadov və Elmar İbadlı, Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Əlişir Əliyev müzakirə olunan mövzunun aktuallığından söz açaraq, ölkədə əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın bütün əhali qrupları üçün mümkünlüyü və bu sahədə əldə olunan uğurlar barədə fikirlərini dilə gətiriblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !