- Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq Paşinyan yenə vertolyotla Xankəndinə gəldi və oradan Şuşaya yollandı...

Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq Paşinyan yenə vertolyotla Xankəndinə gəldi və oradan Şuşaya yollandı...

  xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, mayın 21-də N.Paşinyan arvadı Anna Akopyanla birgə vertolyotda heç bir qorxu-hürkü hiss etmədən Xocalı yaxınlığındakı aeroporta enib. Onu burada separatçı-terrorçu rejimin köhnə rəhbəri Bako Saakyan və arvadı Lilit Saakyan, eləcə də yeni rəhbər Araik Arutyunyan və arvadı Kristina Arutyunyan qaşılayıblar.

Sonra isə Ermənistan lideri adları çəkilənlərlə birgə Qarabağın yeni “seçilmiş” “prezident”inin təntənəli andiçmə mərasiminə qatılmaq üçün Şuşaya yollanıb.

Bundan əvvəlki Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sərkisyan isə heç vaxt öz canlarının qorxusundan vertolyotla işğal olunmuş torpaqlarımıza gələ bilmirdilər. Çünki onlar qorxurdular ki, bizim Hava Hücumundan Müdafiə qüvvələrimiz tərəfindən havada ikən vurula bilər.
Moderator.az

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !