Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi -

Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi

Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribat cəhdinin qarşısı alınıb.
Ermənistan xəbər verir ki, hadisə zamanı hərbi hissələrdən birinin komandiri olan erməni zabitin xidməti “Nissan Patriot” markalı avtomobili sıradan çıxarılıb.
Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan faktı təsdiqləyib. O, Naxçıvan istiqamətində ordunun mövqeyini irəli çəkmək istədikləri zaman atəşə məruz qaldıqlarını söyləyib.
“İnsident tərəflər arasındakı neytral ərazidə yeni mövqelərimizi bərkidən zaman baş verib. Bəli, avtomobil yansa da, o, batalyon komandirinə xidmət göstərmirdi”.
Stepanyan cəbhədə hər gün atışmaların olduğunu, bu zaman hər iki tərəfin texnika sarıdan itki verdiyini söyləyib. modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !