İranda koronavirusun yeni dalğası gözlənilir -

İranda koronavirusun yeni dalğası gözlənilir

İran koronavirus infeksiyasının yeni dalğasına hazırlaşır.
Bu barədə  İran Prezidenti Həsən Ruhani məlumat yayıb.
Yeni infeksiya dalğasının payızda başlayacağı təxmin edilir.
Ruhani bildirib ki, yeni mümkün dalğaya hazırlıq üçün bütün səyləri səfərbər etmişik.
O, həmçinin ölkədə koronavirusun yayılmasının lokallaşmağa yaxın olduğunu da qeyd edib.
Prezidentin sözlərinə görə, pik mərhələ keçsə də, pandemiyanın keçməsinə hələ çox var.
Buna görə də o, COVID-19-un yayılmasının bu ilin sonunadək bitməyəcəyi üçün hazırlıqlı olmağa çağırıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !