Abşeronda it döyüşdürən şəxslər ələ keçdi - - RƏSMİ

Abşeronda it döyüşdürən şəxslər ələ keçdi - RƏSMİ

"Qanunsuz it döyüşləri təşkil edən altı nəfərdən dördü saxlanılıb”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məlumat verib.
Onun sözlərinə görə, sosial şəbəkədə paylaşılan videogörüntülər əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanıb:
"Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan altı nəfərin şəxsiyyəti müəyyən edilib.Onlardan dördü - Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdir. Adları çəkilən şəxslər artıq saxlanılıb.
Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər iki nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə itlərin döyüşdürülməsi və doğranılması ilə bağlı yayılan videogörüntülər insanlar arasında ciddi müzakirələrə səbəb olub.yenises.az
*** *** ***
“Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib.
“Onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”, DİN rəsmisi bildirib. minval.info 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !