Riyaziyyatın tətbiqi problemləri mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir -

“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə 03-04 iyun 2020-ci il tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir.

Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 02 iyun 2020-ci il saat 17:00-dək eshukurov@bsu.edu.az  ünvanına müraciət etməsi xahiş olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !