"Kimdir müqəssir əsərini mövcud vəziyyətlə bağlı online məşqləri gedir- - Ə.Haqverdiyev-150

"Kimdir müqəssir” əsərini mövcud vəziyyətlə bağlı online məşqləri gedir- Ə.Haqverdiyev-150

 Ölkə başçımız, cənab İlham Əıiyevin Sərəncamı ilə bu il maarifpərvər yazıçı, görkəmli dramaturq ,teatr təşkilatçısı, milli mücadilə tarixində silinməz izi olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd olunur.Ə.Haqverdiyevin milli və ziyalı təəssübkeşliyi onu xalqın intellektinin formalaşması, öz hüququnu bilməsi yolunda mübarizəyə cəlb edirdi. 1908- ci il , yanvarın 12- də müsəlman Şərqində ilk dəfə "Leyli və Məcnun" operası göstərilərkən Ə.Haqverdiyev tamaşaya dirijorluq etmiş və bununla da Azərbaycan teatr tarixinə ilk dirijor kimi öz imzasını yazmışdır. Yeri gəlmişkən, opera yazılması ideyası da məhz Əbdürrəhim bəydən gəlmişdi. Sonralar Üzeyir Hacıbəyli özü də bu faktı etiraf etmişdi.
Ə.Haqverdiyevin satirik hekayələri, dram əsərləri həyat müşahidələri ilə zəngin olub, yaratdığı obrazlar çeşidi ilə seçilib. Əbdürrəhim bəyin pyeslərinin uğuru həm də onun səhnə sistemini mükəmməl bilməyi ilə səciyyələnir.
Məlum olduğu kimi, koronovirus pandemiyası ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrı “Evdə al, tamaşa izlə” devizi ilə tamaşaların online nümayişini təşkil etməkdədir. Mövcud durumla bağlı yaradıcı işin ləngiməməsi məqsədilə bir neçə tamaşanın məşqləri virtual olaraq davam etdirilir.
Teatrımız Haqverdiyevin 150 illiyi çərçivəsində ədibin "Kimdir müqəssir” əsərini repertuar planına daxil edib. Rejissor Fuad Kazımov mövcud vəziyyətlə bağlı online məşqlər aparır. Tezliklə tamaşanın online təqdimatı da baş tutacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün youtube kanalımızı, instagram, facebook profillərimizi izləyin.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !