BDU 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb - - VİDEO

BDU 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb - VİDEO

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “Deyirəm uşaqlar heç ağlamasın” mahnısı və Jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov və Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadənin təqdimatında "Körpə gülüşü - Sevinc Himni" adlı kompozisiya səsləndirilib. Kompozisiyanın ideya və mətn müəllifi Universitetin əməkdaşı Nigar Qayyumdur.

Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !