Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi - - FOTO

Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Daf XF 105 460" markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb. Sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Bu mallar üzərində "R.Ş.A" yazılan 4 rulon, üzərində "R.Ş.A Collection" yazılan 98000 ədəd, üzərində "Öznur" yazılan 1100 ədəd, üzərində "İpek Home Collection" yazılan 3500 ədəd etiketdən ibarət olub.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !