Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb - -FOTO=3

Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb -FOTO=3

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirilib. Yük avtomobilində fiziki şəxs Poladlı Pərviz Şəmsi oğluna məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb.
Dərman preparatlarından götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !