1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Miqrasiya könüllüləri balacalara bayram əhval ruhiyyəsi yaşadıblar - - FOTO

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Miqrasiya könüllüləri balacalara bayram əhval ruhiyyəsi yaşadıblar - FOTO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq onlayn interaktiv tədbir keçirilib. Tədbir Facebook və İnstagram sosial şəbəkələri vasitəsilə canlı yayımlanıb. Bakı Uşaq və Gənclər Teatrının peşəkar aktyor və aktrisaları tərəfindən müxtəlif səhnəciklər, musiqi nömrələri, bacarıqlı əllər şousu, sehrbazlıq nümunələri göstərilib. İnteraktiv viktorinalarda qalib gələn uşaqlar hədiyyə qazanıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !