Gülağa Tənha - "Soraqlayır"

Gülağa Tənha "Soraqlayır"

Azpress.az saytı otuz il sonra sinif yoldaşları ilə görüş keçirdən xeyriyyəçi-şair Gülağa Tənhanın video görüntülərini təqdim etməyə davam edir. Növbəti çıxışçı Dağıstanın Əməkdar artisti Əbülfət Oğuzdur. Musiqisi Şamil İsmayılın, sözləri Gülağa Tənhanındır. Xaricdə yaşayan şair, mahnının sözlərini, 2003 - ci ilin iyun ayında, Bakı şəhərində yazmışdır.

 


SORAQLAYIR

Nə tez getdin, ay insafsız,
İzim səni soraqlayır.
Ocağımda kül altında
Közüm səni soraqlayır.
Ötənləri anıb qalan,
Köz-köz olan, yanıb qalan,
Dodağımda donub qalan
Sözüm səni soraqlayır.
Hər Fərhad bir Şirin seçir,
Hər sevgi bir tale biçir.
Mini gəlir, mini keçir,
Gözüm səni soraqlayır.

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !