Metrodakı davanı polis - ARAŞDIRIR - VİDEO

Metrodakı davanı polis ARAŞDIRIR - VİDEO

Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb.
Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.
İddiaya görə, metronun “Qara Qarayev” stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb.
Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.
İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib.
****
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, hazırda məsələ araşdırılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !