Kapital Bank-dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu -

Kapital Bank-dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu

Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Kapital Bank nağd pul krediti məhsulunun daha sərfəli və əlçatan olması üçün növbəti kampaniyaya start verib. Belə ki , Bank gündəlik tələbat krediti üzrə nağdlaşdırma komissiyasını 0% endirib. Aksiya çərçivəsində nağd pul krediti üçün onlayn qaydada (www.birkart.az, www.kapitalbank.az, 8196-ya SMS, BirBank və s.) müraciət edən müştərilərdən nağdlaşdırma komissiyası tutulmayacaq. Aksiya 30 iyun 2020-ci il tarixinədək davam edəcək.
 
Qeyd edək ki, son iş yerində stajı minimum 3 ay olan, rəsmi gəliri olanlar, Kapital Bank-dan 300 – 20 000 manat aralığında olan “Gündəlik tələbat krediti”ni, 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı - www.kapitalbank.az/loans/cash?hl=az. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank снизил комиссию за обналичивание кредита до 0%

Kapital Bank, придающий важное значение уровню удовлетворенности клиентов, с целью сделать продукт потребительский кредит наличными более выгодным и доступным запустил очередную кампанию. Так, Банк снизил комиссию за обналичивание кредита до 0%. В рамках акции с клиентов, обратившихся за кредитом наличными в онлайн форме (www.birkart.az, www.kapitalbank.az, SMS сообщение на номер 8196, BirBank и т.д.) комиссия за обналичивание кредита взиматься не будет. Акция продлится до 30 июня 2020 года.

Отметим, что каждый, кто имеет официальный доход и трудовой стаж на последнем месте работы не менее 3 месяцев, может обратиться за потребительским кредитом наличными на сумму от 300 до 20 000 манатов. Годовая процентная ставка по кредиту наличными начинается от 19%, и выдается он сроком от 3 до 48 месяцев. Для более подробной информации о кредитах – www.kapitalbank.az/loans/cash?hl=ru.

Kapital Bank оказывает услуги населению в 101 филиалах и 15 отделениях по всей стране, имея самую широкую сеть обслуживания. Более подробную информацию о продуктах и услугах банка можно получить на сайте www.kapitalbank.az, страницах банка в социальных сетях, а также, позвонив в центр обслуживания клиентов по номеру 196.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !