"ABAD"ın sayca beşinci "food hall"-u açıldı - - FOTO

"ABAD"ın sayca beşinci "food hall"-u açıldı - FOTO

3 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağcabədi “ASAN Həyat” kompleksi və onun nəzdində fəaliyyət göstərən “ABAD Food Hall”-un açılışı baş tutub.

Ağcabədi “ABAD Food Hall” sayca 5-ci sərgi-satış salonudur. Burada ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı təşkil ediləcək.

Xatırladaq ki:

- İmişli “ABAD Food Hall” 2018-ci il 22 oktyabr;

- Şəki “ABAD Food Hall” 2018-ci il 29 oktyabr;

- Şamaxı “ABAD Food Hall” 2019-cu il 5 dekabr;

- Kürdəmir “ABAD Food Hall” isə 2020-ci 12 fevral tarixində fəaliyyətə başlayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !