Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb - - FOTO

Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Türkiyə Respublikasından gələn "IVECO" markalı avtomobilin salonunda "Leader" markalı 1800 ədəd, Gürcüstan Respublikasından gələn "DAF" markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9800 ədəd siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !