"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görməkdədir - - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görməkdədir - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi aksiya keçirmişdir. Aksiya çərçivəsində 3 iyun tarixində İçərişəhərdə gün ərzində bütün ziyarətçilərə İdarənin əməkdaşları tərəfindən tibbi maskalar paylanmışdır.

Bununla yanaşı, İçərişəhərin ən ziyarət edilən muzeylərindən olan Qız Qalasında çalışan bütün baxıcılar və mühafizəçilər İdarə tərəfindən xüsusi tipli maskalar ilə təchiz edilmişlər ki, həmin maskalar bütün qonaqların əlavə təhlükəsizliyini maksimal dərəcədə təmin edəcəklər.

Karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin yumşaldılması istiqamətində muzey və ictimai iaşə obyektlərinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar İdarənin tabeliyində fəaliyyət göstərən muzeylərin, eləcə də ərazinin qala divarları boyunca yerləşən restoranların ofisiantları da müştərilərə gün ərzində həmin xüsusi maskalarda xidmət göstərməsi nəzərdə tutulub.

Qeyd edək ki, bütün bu tədbirlər karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində "İçərişəhər" DTMQ İdarəsi tərəfindən tibbi-profilaktik tədbirlərin gücləndirilməsi və ziyarətçilərin lazımi qaydada səhhətlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilir.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !