BDU-da 2 gün davam edən Respublika virtual elmi konfrans öz işini yekunlaşdırıb - - FOTO

BDU-da 2 gün davam edən Respublika virtual elmi konfrans öz işini yekunlaşdırıb - FOTO

İyunun 4-də Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı ikinci günü ilə öz işini davam etdirib.

2 bölmədə iclasları davam etdirən konfransda “Защита корпоративной сети с использованием межсетевого экрана”, “Magistraturaya qəbul imtahanlarında toplanan balların normallığının yoxlanması”, “Xətti dayanma anlarının assimptotik xassələri”, “Neytral tip optimal idarəetmə çoxnöqtəli funksionalın minimallaşdırılması məsələsində optimallıq üçün zəruri və kafi şərt”, “Сверточные нейронные сети для распознавания объектов в изображениях”, “Qurviç kriteriyasının maliyyə riyaziyyatında tətbiqi”, “Cismin tam enerjisi əsasında funksionalın qurulması”, “İki spektrə və bir məxsusi ədədə görə Dirak operatorunun bərpası üçün yeganəlik teoremi” adlı məruzələr iştirakçıların marağına səbəb olub.

2 gün davam edən konfrasda 30-a yaxın məruzə dinlənilib. Moderator, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin elmi işlər üzrə dekan müavini Aytəkin Əfəndiyeva tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürərək tələbələri gələcəkdə də bu tip konfranslarda aktiv iştiraka səsləyib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !