Azərbaycan Texniki Universiteti Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv oldu -

Azərbaycan Texniki Universiteti Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv oldu

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan UNESCO klublarının koordinatoru Cahangir Hacıyevlə görüşüb. Cahangir Hacıyev UNESCO klublarının yaranması və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Rektor Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Bu əlaqələrin inkişafında Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətləri qeyd olunub. AzTU-da yaradılacaq klubun Azərbaycan universitetlərində təhsil alan tələbələr arasında əlaqələrin qurulmasına töhfə verəcəyi bildirilib. Həmçinin şəbəkənin layihə və tədbirlərində müxtəlif universitet tələbələrin birgə iştirakının innovativ ideayaların, yeni layihələrin yaranmasına təkan verəcəyi vurğulanıb.
Görüşün nəticəsi olaraq və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının razılığı nəzərə alınaraq universitetdə UNESCO klubunun yaradılması haqqında qərar verilib. Eyni zamanda AzTU Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv seçilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !