Gülağa Tənha - "Xəzər" Klip ilk dəfə

Gülağa Tənha "Xəzər" Klip ilk dəfə

  Azpress.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın 5 cildlik kitab təqdimatı zamanı çıxış edən Xalq artisti Azər Zeynalovun ifasında  "Xəzər" mahnısını təqdim etmişdir. Bu dəfə isə şair Gülağa Tənhanın  sözlərindən ibarət həmin nəğməni, yeni bəstədə, Klip şəkilində təqdim edirik.


söz: Gülağa Tənha (Qənbərov)
musiqi: Aynur Adilqızı
ifa: Elnur və Nihat

 

XƏZƏR

Vətənim dağlar, dərələr,
Bir də mavi Xəzərdi.
Oylağım küləkli düzlər,
Pıçıldaşan ləpələrdi.
Bəzən sakit mürgü vurur,
Bəzən şahə qalxır Xəzər.
Gah mışıl-mışıl uyuyur,
Gah şimşəktək çaxır Xəzər.
Abşeronun nəfəsidi,
Onun xəzri, gilavarı.
Həzin sevgi nəğməsidi
Layla çalan dalğaları.
Aylı, ulduzlu gecələr
Bir çilçıraq olar Xəzər.
Sirli nağıla çevrilər,
Yuxulara dolar Xəzər.

Bakı, 1993

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !