Batabat Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq elmi konfrans da iştirak edib -

Batabat Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq elmi konfrans”da iştirak edib

 Batabat Astrofizika Rəsədxanasının əməkdaşı “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı”nda iştirak edib

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Ruslan Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-cı ildönümünə həsr edilən “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı”nda iştirak edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti ilə birgə onlayn formatda keçirdiyi tədbirdə Ruslan Məmmədov “Simbiotik ulduzunda fotometrik dəyişmələr” adlı elmi məqaləsini təqdim edib. O, çıxışında Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə bərabər, həm də parlaq ulduzlarının müşahidəsi və tədqiqatının həyata keçirildiyini diqqətə çatdırıb. Fotometrik müşahidələrin nəticələrindən bəhs edən məruzəçi rəsədxanada müşahidə edilmiş Simbiotik ulduzun parlaqlığının dəyişməsində periodlarının tapılan qiymətləri, müxtəlif zamanlarda tədqiqatçılar tərəfindən tapılan qiymətlərlə uyğunluq təşkil etdiyini söyləyib.
Qeyd edək ki, dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılarının bir araya gəldiyi konfransın əsas məqsədi əldə edilən elmi nailiyyətləri, təcrübələri paylaşmaq, problemləri müzakirə etmək və onların həlli yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə marağını artırmaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !