Dövlət Gömrük Komitəsinin Akademiyası magistratura səviyyəsinə yeni ixtisaslaşma üzrə qəbul elan edir - - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyası magistratura səviyyəsinə yeni ixtisaslaşma üzrə qəbul elan edir - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ilindən magistratura səviyyəsinə yeni ixtisaslaşma - "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşması üzrə qəbul elan edir. Bununla da, 2020/2021-ci tədris ilində Akademiyada magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi" ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşmasına qəbul aparılır.

Xatırladaq ki, 2019/2020-ci tədris ilində Akademiyada ilk dəfə magistraturaya qəbul aparılıb. Həmin tədris ilində magistratura səviyyəsinə qəbul Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi" və Hüquqşünaslıq istiqaməti üzrə "Beynəlxalq hüquq" ixtisaslaşmaları üzrə həyata keçirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !