icaze.e-gov.az portalı 14-16 iyun tarixlərində yenidən aktivləşdiriləcək -

icaze.e-gov.az portalı 14-16 iyun tarixlərində yenidən aktivləşdiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

Fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

Fəaliyyətinə icazə verilən sahələr ilə Nazirlər Kabinetinin müvafiq Qərarında tanış ola bilərsiniz : https://cabmin.gov.az/az/document/4486/

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !