Masallıda mobil qrupların maarifləndirmə işləri davam etdirilir - (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

Masallıda mobil qrupların maarifləndirmə işləri davam etdirilir (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

 Masallı rayonunda 114 nəfər könüllüdən ibarət 20 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən Masallı şəhərində əhalinin sıx olduğu yerlərdə, parklarda, meydanlarda, ticarət və ictimai iaşə obyektlərində mütəmadi olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, onlara tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və gigiyenik vasitələrdən tez-tez istifadə etmək tövsiyə olunur.

Belə ki, 9 iyun 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 1790 nəfərlə maarifləndirici söhbət aparılmışdır.
Təbliğat işləri gündəlik olaraq davam etdirilir.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !