Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən vətəndaşların videoqəbulu keçiriləcək -

Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən vətəndaşların videoqəbulu keçiriləcək

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların videoqəbulunun keçirilməsi nəzərdə tutulub.

Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/contacts/appointment) vasitəsilə qəbula yazıla bilərlər.

Qeydiyyatdan keçmiş şəxslərə qəbulun keçirilmə forması, keçiriləcəyi tarix və saat barədə əlavə məlumat veriləcək.

Qəbulda iştirak edən şəxslər şəxsiyyətini təsdiq edən sənədi (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportları)  təqdim etməlidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !