Masallı RİH başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib - +FOTO=3 (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

Masallı RİH başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib +FOTO=3 (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

 12 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri və inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
Qəbul zamanı Yeddioymaq kənd sakini Mərdan Mətləb oğlu Həmdullayevin maddi yardım, Ağakişibəyli (Şərəfə ərazisi üzrə) kənd sakini Vüqar Fərhad oğlu Məmmədovun Ünvanlı Sosial Yardım, Banbaşı kənd sakini Əlgüşad Əli oğlu Salamovun torpağın zəbti, Göyəçöl kənd sakini Bəybala Əsədulla oğlu Əsədovun əkin sahəsinə su verilməsi, oğluna əlilli dərəcəsi təyin edilməsi, Kolatan kənd sakini Nizam Murtuza oğlu Şiriyevin çay sahəsinə su verilməsi, Boradigah qəsəbə sakini Sulduz Qəhrəman oğlu Nəzərovun övladına əlillik dərəcəsi ala bilməməsi, Ərkivan qəsəbə sakini Səadət Vasif qızı Yusifovanın evinə telefon, internet xəttinin çəkilməsi və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !