Bakı Taksi Xidməti 200-dən çox dializ xəstəsinə yardım etdi - - FOTO

“Bakı Taksi Xidməti” 200-dən çox dializ xəstəsinə yardım etdi - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC və ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.

Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı “TƏBİB” publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi vasitəsilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin olunub.

ASAN könüllülərinin iştirakı ilə həmin şəxslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti" MMC-nin xüsusi avtomobilləri vasitəsilə aidiyyəti tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !