Akademik Ramiz Məmmədov İTV-də Kür cayında yaranan problemlerdən danışıb -

Akademik Ramiz Məmmədov İTV-də Kür cayında yaranan problemlerdən danışıb

 AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İctimai televiziya kanalının "Sabaha saxlamayaq" verilişinin qonaq olub.
Kür çayında yaranmış problemlərlə əlaqədar Neftçala və Sabirabad rayonlarında ezamiyyətdən təzəcə qayıtmıış akademik mövzu ilə əlaqədar fikirlərini bölüşüb. O bildirib ki, çayda suyun azalması nəticəsində Kürün aşağı hissəsində küləyin təsiri ilə su səthində çay suyu dəniz suyu ilə qarışmışdır ki, bu da Kürün axımında relyefin müxtəlifliyi ilə əlaqədar özünü müxtəlif vəziyyətlərdə biruzə verir. Belə ki, bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuş, adalar əmələ gəlmişdir. Yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.
Çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının səbəblərindən danışan alim Xəzər dənizi səviyyəsinin qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının hündürlüyünün tez-tez dəyişməsini və bəzi yerlərdə çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsini, çay yatağında gedən eroziya proseslərinin dəyişməsini, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsirini və s. misal gətirib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !