BDU-da onlayn yay imtahan sessiyası davam edir -

BDU-da onlayn yay imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən start götürən yaz semestrinin onlayn imtahan sessiyası bu gün də uğurla davam edib.

İyunun 18-də bakalavriat pilləsində təhsil alan 90 qrup üzrə 2107 (165 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 72 ixtisaslaşmada 49 fənn üzrə 210 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 268 tələbə imtahanlarda iştirak edib.

Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

Sessiya iyulun 10-da yekunlaşacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !