Cənub zonasının gəncləri üçün onlayn intellektual turnir keçirilib - - FOTO

Cənub zonasının gəncləri üçün onlayn intellektual turnir keçirilib - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən
potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsi məqsədi daşıyan “GəncLİK” (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramının bir qrup iştirakçılarının təşəbbüsü və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə Biləsuvar, Lənkəran və Astara gənclərinin iştirakı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş Zoom platforması vasitəsilə onlayn Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə tnirnir keçirilib.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Biriyinin sədri Ramin Mahmudovun moderatorluğu ilə keçirilən turnirdə Lənkəranın “ATOM”, Astaranın “Lokomotiv”, Biləsuvarın “Mübarizlər” və “X-MEN” komandaları yarışıb.
Rəsmi hissədə çıxış edən GəncLİK proqramının iştirakçısı Ramalə Əbilova, ARGTMŞ-nın əməkdaşı Fatimə Vəliyeva və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov çıxış edərək GəncLİK proqramı, ölkədə gənclərlə aparılan fəaliyyətlər, eyni zamanda “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Biriyinin icra etdiyi layihələr barədə danışıblar.
Rəsmi hissədən sonra start götürən 15 sualdan ibarət yarışın yekun nəticələrinə görə Lənkəranın “ATOM” komandası 11 xalla birinci, Biləsuvarın “Mübarizlər” komandası 10 xalla ikinci, Astaraının “Lokomotiv” komandası isə 6 xalla üçüncü yeri tutub.
Yekunda qaliblər hüquq elmləri üzrə fəlsəfə doktoru, işgüzar inkişaf yazarı Nadir Adilovun “GəncSən başla” və “MəqsədliSən” kitabları ilə və diplomlarla təltif olunacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !