Bakıda narkotik bitkilər becərən şəxs saxlanıldı -

Bakıda narkotik bitkilər becərən şəxs saxlanıldı

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yeni Suraxanı qəsəbəsi sakini Mahir Balaqədirov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 10 kiloqram 950 qram olan 87 ədəd çətənə kolu və 1 kiloqram 500 qram satış üçün qablaşdırılan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Mahir Balaqədirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

 Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə araşdırmalar davam etdirilir. 

Modern.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !