Asəf Quliyev : - Tural Gəncəliyev tək qalanda...

Asəf Quliyev : Tural Gəncəliyev tək qalanda...

TURAL GƏNCƏLİYEV TƏK QALANDA...

Bir neçə gtün əvvəl Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev erməni icmasına müraciət etdi...

COVİD19 pandemiyasının yaratdığı səs-küydə bu müraciət bir o qədər də əks səda vermədi. Bu heç...
Müraciətin özünün məziyyətlərini də qoyuram kənara. Çünki bu başqa müzakirənin mövzusudur...

Məni düşündürən Tural Gəncəliyevin meydanda tək qalmasıdır.
Bəli, bəli. Nə qədər ağır da olsa bu gün Tural Gəncəliyev təkdir.

Aydın məsələdir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu gün Azərbaycan və Erməmnistan arasında səngiməyən informasiya savaşının bir elementidir. Hesab edək ki, Tural Gəncəliyev bu informasiya savaşında Azərbaycanın malik olduğu ağır artilleriyadır. Amma tək ağır artilleriya ilə döyüşə girmək, döyüşü udmaq olmur axı.
Hanı bizim “informasiya savaşının” aviasiyası, hanı dronlarımız, hanı kiçik çaplı artilleriya,, hanı reaktiv artilleriya, hanı tankımız, BTR-imiz? Hanı bayrağı düşmən qalasına sancacaq piyadalarımız?

Axı bəllidir ki, ermənilər illərdir qurduğu informasiya istehkamını ancaq artilleriya ilə ram etmək mümkün deyil.

Bir daha təkrar edirəm. Tutaq ki, Tural Gəncəliyev ağır artilleriyadır. Onu təkbaşına döyüşə göndərməklə yeri bəlli ola bilər və düşmən kəşfiyyatı onu çox asanlıqla neytrallaşdıra bilər.

Ona görə də gəlin Tural Gəcəliyevi döyüşə tək göndərməyək...

P.S. Tural Gəncəliyevi döyüşə tək göndərdiyimiz azmış kimi, hələ arxadan ona daş atdıq...
Asəf Quliyev  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !