Yay Günəş duruşu günü mövzusunda elmi-praktiki seminar keçirilib - +FOTO =3

“Yay Günəş duruşu günü” mövzusunda elmi-praktiki seminar keçirilib +FOTO =3

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Yay Günəş duruşu günü” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq iyun ayının 21-ə təsadüf edən bu astronomik hadisədən danışıb.
Sonra rəsədxana əməkdaşlarından Türkan Məmmədova, Ülvi Vəliyev və Ruslan Məmmədovun məruzələri dinlənilib. Məruzəçilər Yerin Günəş ətrafında hərəkətinin xüsusiyyətləri və Yer kürəsində fəsillərin əmələ gəlməsi barədə iştirakçılara geniş məlumat veriblər.
Diskussiya şəklində keçən tədbirdə çoxsaylı suallar cavablandırılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !