Bakı Dövlət Universitetinə virtual infotur -

Bakı Dövlət Universitetinə virtual infotur

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə onlayn “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinə start verilib. Layihənin on altıncı iştirakçısı ali təhsil müəssisələrindən Bakı Dövlət Universitetinin (BDU) onlayn  təqdimatı keçirilib. Sabunçu Gənclər Evinin “Facebook” və “Youtube” səhifəsindən canlı olaraq yayımlanan təhsil müəssisələrinin təqdimatları sosial şəbəkə üzərindən 1987 nəfərə çatıb, 522 nəfər canlı izləyib.

Virtual infotur müddətində BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva və digər universitet nümayəndələri gəncləri maraqlandıran sualları cavablandırıblar. Gənclər ali təhsil müəssisəsinə virtual infotur müddətində universitet və onun yaratdığı imkanlarla yaxından tanış olublar.

“Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin keçirilməsində məqsəd - abituriyentlərin gələcək ixtisas və universitet seçimlərində yaxından köməklik göstərmək, onların rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndəliyi vasitəsilə öz suallarına cavab tapmağa şərait yaratmaq, ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün yaratdığı şərait və imkanları abituriyentlərə təqdim etməkdir.

1-30 iyun tarixlərində davam edəcək “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi Bakı Şəhər Təhsil İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə Sabunçu Gənclər Evi tərəfindən həyata keçirilir. İmtahan verəcək gənclər Sabunçu Gənclər Evinin sosial şəbəkə səhifələrini izləyərək təqdimat tarixlərindən informasiya əldə edə bilərlər.

Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !