BDU-da onlayn yay imtahan sessiyası davam edir -

BDU-da onlayn yay imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən start götürən yaz semestrinin onlayn imtahan sessiyası bu gün də uğurla davam edib.

İyunun 24-də bakalavriat pilləsində təhsil alan 89 qrup üzrə 2137 (145 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 59 ixtisaslaşmada 32 fənn üzrə 193 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 259 tələbə imtahanlarda iştirak edib.

Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

Sessiya iyulun 10-da yekunlaşacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !