Masallıda barama tədarükü davam edir - ƏLİHÜSEYN ŞÜKÜROV (AZpress.AZ)

Masallıda barama tədarükü davam edir ƏLİHÜSEYN ŞÜKÜROV (AZpress.AZ)

 Bu il Masallı rayonunda kümçülərə 140 qutu ipəkqurdu paylanılıb. İyunun 25-dək rayon üzrə kümçülər tərəfindən 2064,9 kq yaş barama tədarük olunaraq “Azəripək” MMC-yə təhvil verilib.

Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə rayonda 11,1 hektar sahədə yeni tut bağları salınıb. Barama tədarükü davam edir.
Qeyd edək ki, Masallı rayonunun kümçüləri ötən il barama qəbulu məntəqəsinə 5 ton 319 kiloqram barama təhvil veriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !