Azərbaycanda fahişəliyə cəlb etməklə bağlı 39 fakt - - RƏQƏMLƏR

Azərbaycanda fahişəliyə cəlb etməklə bağlı 39 fakt - RƏQƏMLƏR

2019-cu ildə Azərbaycanda 39 fahişəliyə cəlb etmə halı qeydə alınıb.

Statistik göstəricilərə istinadən xəbər verir ki, bu rəqəm 2018-ci illə müqayisədə azdır.

Belə ki, 2018-ci ildə 60 fahişəliyə cəlb etmək faktı aşkarlanıb.

Yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi halları da azalıb. 2018-ci ildə beş, 2019-cu ildə isə bir belə hal qeydə alınıb.

Ötən il əxlaqsızlıq yuvaları saxlamaqla bağlı 14 hal aşkarlanıb. 2018-ci ildə isə bu rəqəm 24 olub.

2018-ci ildə seksual xarakterli hərəkətlərə məcbur etmə cinayəti ilə bağlı dörd, 2019-cu ildə isə beş fakt qeydə alınıb.

oxu.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !