Rasim Sadıxov: - SƏRT KARANTİN REJİMİ , yoxsa məhəllələrdə YAY TƏTİLİ ab-havası...

Rasim Sadıxov: SƏRT KARANTİN REJİMİ , yoxsa məhəllələrdə YAY TƏTİLİ ab-havası...

 SƏRT KARANTİN REJİMİ , yoxsa məhəllələrdə YAY TƏTİLİ ab-havası...

Sərt karantin rejimi müsbət nəticə vermir!!!

Heç verməyəcək də...

Çünki epidemiyanın ipi artıq əldən çıxıb.

Məhəllələr adamla doludur. Nərd atan, domino vuran, qiybət vuran qonşu arvadlar, ora-bura qaçan uşaqlar...

Ona görə xəstəlik ailələrə kecib.Polislər də *Dovşan* əhvalatından sonra məhəllələrə girməyə qorxur!

**************************

Ay millət, YAY TƏTİLİNƏ cıxmamısiz ee! SƏRT KARANTİN REJİMİDİR!!!

*************************************

Bəsdirin bu BƏLA ilə məzələnmək! 5-10 gündən bir hansısa özəl Azərbaycan modeli uydurub, insanlar üzərində eksperiment aparmaq. BEZDİK ARTIQ!!! Yarım il olar, işdən-gücdən olmuşuq. Həyatımız iflic olub.Birdəfəlik bu BƏLADAN XİLAS OLMAĞİN VAXTI CATIB!

Zənnimcə, artıq məlum Cin şəhərindəki kimi, hec olmasa 1 aylıq, HƏRBİ VƏZİYYƏT elan etmək, binaların bloklarını bağlayib, hər bloka əskər qoymaq, camaatı gündəlik təlabat malları ilə təmin etməklə, virusun aktiv olan nöqtələrini təyin edib, ordaca ciddi tədbirlər görmək lazımdır! Yoxsa, bu statistika ilə bizi FACİƏ gözləyir! Səhiyyə onsuz da iflic olmaq ərəfəsindədir!!!

*********************************

"Bu bir oyundur" deyənləri millətin düşməni kimi cərimə etmək yox, yerindəcə HƏBS ETMƏK lazımdir. (Məndən olsa, onları həbs edib 1-2 sutka ağır pandemiya xəstələrinin yanında otuzdurub, bir cərimə işi tapşırmaq lazımdir. Qoy "bu oyun" dedikləri faciənin ləzzətini dadsınlar!)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !