Beynəlxalq Muğam Mərkəzi ilə Avrasiya Xalqları Assambleyası arasında video konfrans keçirilib -

Beynəlxalq Muğam Mərkəzi ilə Avrasiya Xalqları Assambleyası arasında video konfrans keçirilib

Avrasiya onlayn məkanında Beynəlxalq Muğam Mərkəzi ilə Avrasiya Xalqları Assambleyası arasında video konfrans keçirilib

 

Beynəlxalq Muğam Mərkəzi və Avrasiya Xalqları Assambleyası arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində onlayn videokonfrans təşkil edilib. Konfrans Avrasiya Xalqları Assambleyasının təşəbbüsü ilə keçirilib .

Videokonfransda ilk olaraq BMM tərəfindən hazırlanmış iki videoçarx, BMM-nin fəaliyyət və yaranma tarixini və BMM ilə AXA arasında əlaqələri əks etdirən videoçarx təqdim olunub. Hər iki nümunə təşkilatların qarşılıqlı əlaqələrinin daha dolğun təqdimatı məqsədilə hazırlanıb. Videokonfransda Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili də müzakirə olunub. Konfrans Lyubov Yolkinanın moderatorluğu ilə keçirilib. İştirakçıları təqdim edən moderator çıxış üçün ilk sözü BMM-nin direktoru Murad Hüseynova verib. Direktor BMM –nin yaradılması tarixindən, fəaliyyətindən və ölkəmizdə muğam ümumilikdə sənətin müxtəlif sahələrinə göstərilən dövlət qayğısından söz açıb. Regionlarda inşa edilən Muğam mərkəzləri haqqında məlumat verib. Bir saatdan artıq davam edən konfrans zamanı Murad Hüseynov həmçinin BMM-nin genişmiqyaslı layihələri, beynəlxalq əlaqələri. Milli musiqimiz, milli alətlərimiz haqqında məlumatı diqqətə çatdırıb.

“Avrasiya Xalqları Assambleyası”nın baş katibinin birinci müavini Svetlana Smirnova çıxışı zamanı ötən Azərbaycanda təşkil edilən Avrasiya Xalqları Assambleyası günlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə bir daha minnətdarlığını ifadə edib. Həmin mötəbər tədbir çərçivəsində BMM-də təşkil edilən görüşləri vurğulayaraq qonaqpərvərliyə görə təşəkkür edib. BMM-də qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması və Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masada müzakirə edilən məsələrin aktuallığını vurğulayıb.

Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova yenidən Bakıda olacaqlarına, qarşılıqlı layihələrin gerçəkləşəyinə ümidvar olduğunu bildirib. Konfransda BMM ilə birlikdə Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. BMM-nin direktoru bildirib ki, qarşılıqlı əlaqələr xalqların mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək edir, peşəkar ünsiyyət imkanlarını genişləndirir, ortaq mədəni dəyərlərin bərqərar olmasına şərait yaradır.

Konfransda həmçinin BMM-dən professor , AMEA-nın “Musiqi folkloru” şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək milli musiqimiz, folklor nümunələrimiz, muğam sənəti və BMM-nin elmi-nəzəri araşdırmaları, BMM-nin layihələr üzrə meneceri , Avrasiya Televiziya və Radiosu Akademiyasının akademiki Arzu Qulamov BMM-nin yeni fəalliyyət istiqamətləri mövzusunda fikirlərini bölüşüb.

Konfrans gələcəkdə birgə əməkdaşlıın perspektivləri mövzusunda müzakirlərlə davam edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir. Gələcəkdə Mərkəz tərəfindən keçirilən müxtəlif növ mədəni tədbirlərin inkişafı - mühazirələr və onlayn layihələr, beynəlxalq onlayn konfransların təşkili nəzərdə tutulub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !