Onlayn imtahan sessiyasının dördüncü həftəsi start götürüb - - FOTO

Onlayn imtahan sessiyasının dördüncü həftəsi start götürüb - FOTO

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının dördüncü həftəsi start götürüb.

İyunun 29-da bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4767 (312 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 74 ixtisaslaşmada 48 fənn üzrə 238 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 437 tələbə imtahanlarda iştirak edib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

BDU-da yay semestrinin imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !